Marseille UEFA tərəfindən cəzalandıra bilər


İdman 15 İyn 2018 12:30:00 271 0

Marseille UEFA tərəfindən cəzalandıra bilər

Marseille klubu UEFA tərəfindən cəzalandırıla bilər.

Goal.az-ın Fransa mətbuatına istinadən məlumatına görə, buna səbəb 4 il əvvəl Matyu Valbuenanın transferi zamanı futbolçunun menecerinə ödənişin edilməməsidi.

Belə ki, 2014-cü ildə Valbuena Moskva Dinamo-suna keçərkən onun agenti Kristof Hutteuya çatmalı olan 568 min 800 avro hələ də verilməyib. Bu səbəbdən Hutteu Marseille-i məhkəməyə verib. Artıq klubdan pulun ödənilməsi tələb edilib. Lakin məhkəmənin qərarı ilə razılaşmayan Fransa təmsilçisi də qarşı tərəfdən şikayət edib.

Məsələyə UEFA da qarışıb. Əgər menecerin haqlı olduğu üzə çıxsa, qitə futbol qurumu Fransa klubunu cəzalandıra bilər.