DÇ-2018: 64 il sonra ilk dəfə


İdman 15 İyn 2018 12:09:00 315 0

DÇ-2018: 64 il sonra ilk dəfə

Dünya çempionatının açılış matçında Səudiyyə Ərəbistanını böyük hesabla (5:0) məğlub edən Rusiya yığması 64 ildən sonra ilk dəfə bunu bacarıb. 

Goal.az xəbər verir ki, sonuncu dəfə mundialın ilk görüşündə 5 top fərqli qalibiyyət 1954-cü ildə qeydə alınıb. Həmin vaxt  Braziliya dünya çempionatının ilk oyununda Meksikanın qapısından 5 cavabsız top keçirib. Lakin həmin vaxt bu görüşlə paralel daha 5 matç oynanılıb.

Mundiallar tarixinin açılış matçında ən böyük hesab isə 1934-cü ildə qeydə alınıb. Həmin vaxt İtaliya ABŞ-ı 7:1 hesabı ilə məğlub edib. Sadəcə, həmin qarşılaşma ilə paralel daha 8 görüş oynanılıb.