Bakıda voleybolçunu qətlə yetirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb


Sosial 15 İyn 2018 10:39:34 255 0

Bakıda voleybolçunu qətlə yetirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Namiq Vəkilovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il fevral ayında Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Həmin ərazidə Qazax rayon sakini N.Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub qətlə yetirib.

Qadının meyiti Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan huquq mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər. Məlum olub ki, qətlə yetirilən şəxs 1963-cü il təvəllüdlü A.Vasilyevna Morozovadır. Hadisədən sonra N.Vəkilov saxlanılıb.

Qətlə yetirilən qadın peşəkar voleybolçu kimi tanınıb.

N.Vəkilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.