Qrizmann gələcəyi barədə qəti qərarını verdi


İdman 15 İyn 2018 10:47:00 306 0

Qrizmann gələcəyi barədə qəti qərarını verdi

Fransa millisi və Atletico-nun hücumçusu Antuan Qrizmann gələcəyi ilə bağlı qəti qərarını verib. Goal.az xəbər verir ki, 27 yaşlı forvard qonaq olduğu İspaniya kanallarından birində Atletico-da qalacağını bildirib. Qrizmann gələcək planları ilə bağlı bir müddət tərəddüd içində idi. O, ilk öncə qərarını mundialdan öncə elan edəcəyini bildirmişdi. 2 gün öncə təşkil etdiyi mətbuat konfransında futbolçu dünya çempionatından sonra bir qərara gələcəyini qeyd etmişdi. Nəhayət, iyunun 14-ü fransalı hücumçu Barcelona-ya getməyəcəyini ictimaiyyətə açıqlayıb. Qrizmann 2014-cü ildə Real Soceidad-dan Madrid klubuna keçmişdi.