Prokuror Əli Abbasovun qohumuna 7 il istədi FOTO


Digərləri 15 İyn 2018 10:32:00 317 0

Prokuror Əli Abbasovun qohumuna 7 il istədi  FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsiri olan dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən şirkət rəhbəri Natiq Qasımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın məhkəməsi keçirilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə şahidlər dindirilib. 

N.Qasımovun qaynı, kafedə kababçı işləyən Natiq Mirzəyev deyib ki, şirkət onun adına açılıb: "Etibarnamə vermişdim, mən heç nəyə qarışmırdım. Natiq qazancdan mənə pul verirdi". 

Daha sonra məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış edərək N. Qasımovun 7 il, qadınların isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Azadlıqda olan qadınların məhkəmə zalında qandallanmasını tələb edib. 


Xəbərə aid foto