Türkiyədə hakim partiyanın deputatına silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb - YENİLƏNİB


Dünya 15 İyn 2018 09:44:00 362 0

Türkiyədə hakim partiyanın deputatına silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb - YENİLƏNİB

Ölənlər arasında deputatın qardaşı Mehmet Ali Yıldız da var

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldız və onunla birlikdə seçki kampaniyası aparan təşkilat üzvlərinə silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, hadisə nəticəsində, ümumilikdə, 13 nəfər yaralanıb, onlardan 4-ü yerləşdirildiyi xəstəxanada həyatını itirib. Ölənlər arasında deputatın qardaşı Mehmet Ali Yıldız da var.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib: "Ötən gün PKK-HDP terror təşkilatımillət vəkilimizin qardaşını hədəf alaraq öldürdü, ailədən bir neçə nəfəri də yaraladı. Ancaqmillətimizin hüzurunu qaçırmağa heç kiminhaqqı yoxdur".

*** 19:58

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldıza və onunla birlikdəseçki kampaniyası aparan partiya üzvlərinəhücum olub.

"Report"un "Hürriyet"ə istinadən verdiyi məlumata görə, hadisə Şanlıurfa şəhərinin Suruç rayonunda, Cümhuriyyət məhəlləsindəqeydə alınıb.

Silahlı insident nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Naməlum şəxslər hücum zamanıodlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.

Türkiyəli millət vəkilinin hadisə nəticəsində xəsarət almadığı, lakin ölənlərdən birinin, yaralananlardan isə dördünün onun qardaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.