DÇ-2018: Bu gün 3 oyun keçiriləcək


İdman 15 İyn 2018 09:43:00 356 0

DÇ-2018: Bu gün 3 oyun keçiriləcək

Rusiyada keçirilən dünya çempionatının ikinci günündə 3 qarşılaşma keçiriləcək.

Goal.az xəbər verir ki, A qrupu matçında Misir Uruqvayla qarşılaşacaq. Yekaterinburqda keçirilən qarşılaşma saat 16:00-da başlayacaq.

B qrupunun ilk qarşılaşmasında Mərakeşlə İran münasibətlərə aydınlıq gətirəcək. Saat 19:00-da başlayacaq oyun Sankt-Pterburqda baş tutacaq.

Qrupun və turnirin maraqlı oyunlarında biri Soçidə oynanılacaq. Portuqaliya ilə İspaniya öz aralarında güclünü müəyyənləşdirəcəklər. 2 gün əvvəl yeni baş məşqçi ilə müqavilə bağlayan ispanların oyunu maraq doğurur. Qarşılaşma saat 22:00-da start götürəcək.

DÇ-2018

A qrupu

16:00. Misir – Uruqvay

Hakimlər: Byorn Kuypers (Hollandiya)

Yekaterinburq, Mərkəzi stadion

B qrupu

19:00. Mərakeş – İran

Hakimlər: Cüneyt Çakır, (Türkiyə)

"Sankt-Peterburq" stadionu

22:00. Portuqaliya – İspaniya

Hakimlər: Canluka Rokki (İtaliya)

Soçi, "Fişt" stadionu