Millət vəkili: "Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xilaskarıdır"


Digərləri 15 İyn 2018 09:11:00 258 0

Millət vəkili: "Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xilaskarıdır"

"Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qaydışı ilə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, xarici siyasət sahəsində dönüş yarandı və müstəqil dövlət quruculuğu prosesinə başlanıldı".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev bildirib.

O qeyd edib: "Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi? Ulu Öndər Heydər Əliyev dövlət müstəqilliyinin qorunub saxlanılması ilə bağlı demişdir: "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir".

Millət vəkili deyib ki, Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində bir tərəfdən Milli Ordunun formalaşması, müdafiə qabiliyyətinin gücləndirilməsi üçün mühüm addımlar atılıb, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələrdən istifadə olunub, bununla da 1994-cü ilin may ayında ölkəmiz üçün həyati əhəmiyyətə malik atəşkəs rejiminə nail olunub: