Azərbaycanın məscidlərində bayram namazı qılınıb


Digərləri 15 İyn 2018 09:02:00 250 0

Azərbaycanın məscidlərində bayram namazı qılınıb

Ramazan bayramı ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.

Bakı. Elçin Mehdiyev - Ramazan bayramı ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb. Trend-in məlumatına görə, bu gün dünyada müsəlmanlar müqəddəs Ramazan bayramını qeyd edirlər. İyunun 15-də Ramazan ayının başa çatması münasibətilə saat 09:00-dan etibarən (bəzi məscidlərdə 08:00) Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə bayram namazları qılınıb. Yüz minlərlə insan məscidlərdə namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib.