Həbs olunan İH başçısı: "Heç zaman qanunu pozmamışam"


Dünya 15 İyn 2018 08:55:00 255 0

Həbs olunan İH başçısı: "Heç zaman qanunu pozmamışam"

"Mən qanuna tabe insanam və heç zaman qanunu pozmamışam".

Son.az APA-ya istinadən bildirir ki, bunu Marneuli rayonunun icra başçısı Temur Abazov Rustavi məhkəməsində deyib.

O, polis akademiyasını bitirdiyini və qanunun onun üçün birinci yerdə olduğunu söyləyib: "Saxlanılmağım məni təəccübləndirib. İstintaqla əməkdaşlıq edirəm. Mən Marneulidə qanun çərçivəsində işləmişəm".

T. Abazovu müdafiə edən vəkil onun 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb edib.