Türkiyədə üçüncü nüvə elektrik stansiyası tikiləcək


Dünya 15 İyn 2018 08:59:00 249 0

Türkiyədə üçüncü nüvə elektrik stansiyası tikiləcək

Türkiyədə üçüncü nüvə elektrik stansiyası böyük ehtimalla Trakiyada tikiləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak CNNTurk telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, stansiyanın tikilməsi üçün bu yerin seçilməsi yüksək enerji sərfiyyatı və kiçik istehsal həcmi ilə bağlıdır.