Goranboyda yanğın nəticəsində 1 nəfər xəsarət alıb


Digərləri 15 İyn 2018 08:48:00 241 0

Goranboyda yanğın nəticəsində 1 nəfər xəsarət alıb

Goranboyda ot tayası yanıb. Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qızılhacılı kəndində baş verib. Kənd sakini Süleyman Həsənova məxsus ot tayasında baş verən yanğını sömdürməyə rayon Yanğındna Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. 

Alov tezliklə söndürülsə də 10 ton otdan 2 tonu yanaraq yararsız hala düşüb. 

Yanğın zamanı S. Həsəsnovun evinə qonaq gəlmiş Tərtər rayon sakini Həsənli Elmir Bakir oğlu alovu söndürməyə cəhd edən zaman tüstüdən zəhərlənib. O dərhal xəstəxanaya yerləşdirilib. 

Vəziyyətinin kafi olduğu bildirilir.