Bakıda orta yaşlı kişi bıçaqlanaraq yol kənarına atılıb


Kriminal 15 İyn 2018 08:36:00 288 0

Bakıda orta yaşlı kişi bıçaqlanaraq yol kənarına atılıb

Bakının Suraxanı rayonunda orta yaşlı kişi bıçaqlanaraq yol kənarına atılıb.

Son.az report.az-a istinadən bildirir ki, 1977-ci il təvəllüdlü Əliyev Teymur Əli oğlu Günəşli qəsəbəsində magistral yolun kənarında yaralı vəziyyətdə tapılıb.

O, "təcili yardım" vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat edib. Məlum olub ki, T.Əliyevə iki bıçaq zərbəsi vurulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.