"Azərbaycan Respublikasında dövlət daktiloskopik və genop qeydiyyatı" haqda qanun layihəsinin ictimai müzakirəsi keçirilib


Digərləri 15 İyn 2018 08:39:00 315 0

"Azərbaycan Respublikasında dövlət daktiloskopik və genop qeydiyyatı" haqda qanun layihəsinin ictimai müzakirəsi keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) Kriminalistik Tədqiqatlar İdarəsində "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genop qeydiyyatı" haqda qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, DİN və "İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bildirilib ki, Daxili İşlər Nazirliyində DNT məlumat bankı 2009-cu ildə yaradılıb. Hazırda məlumat bankı şəxslərdən və hadisə yerindən götürülmüş maddi sübutlardan əldə edilmiş DNT profillərini özündə cəmləşdirir.

Məlumat bankında respublikanın hüquq-mühafizə orqanlarına daxil olmuş sorğular əsasında məhkəmə genetik ekspertiza fəaliyyəti həyata keçirilir.