Viruslar antibiotikləri əvəzləyə bilər


Digərləri 15 İyn 2018 07:55:00 304 0

Viruslar antibiotikləri əvəzləyə bilər

Antibiotiklərin viruslarla əvəzlənməsi təsəvvür edildiyi qədər qorxulu iş deyildir. Müəyyən bakteriyalara qarşı mübarizə aparan bəzi viruslar həqiqətən də dərman qutusundakı antibiotikləri əvəzləyə bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, antibiotiklərə qarşı rezistentlik problemi müasir tibbin ən kəskin problemlərindən biridir. Bu səbəbdən xəstəliklərə qarşı mübarizə aparmaq getdikcə çətinləşir, hətta asanlıqla müalicə olunan süzənək də əsl fəlakətə çevrilir. Yeni tədqiqat ümid verir ki, alimlər antibiotiklərin səmərəli əvəzləyicisini tapa bilərlər və bu əvəzləyici viruslar ola bilər.

Virus adətən epidemiya ilə assosiasiya olunur. Epidemiyalar zamanı xəstəlik törədən parazitlər insanlara böyük ziyan vurur. Əslində isə virusların çoxu bizim üçün zərərsizdir və bakteriyaların düşmənidir. Təkcə bakteriyalara hücum edən virusları bakteriofaqlar adlandırırlar. Bu viruslar bakteriyalara qarşı mübarizə aparmağa ideal namizəddir.