15 dəqiqədə hazırlaya biləcəyiniz 3 şirniyyat


Digərləri 15 İyn 2018 07:00:00 360 0

15 dəqiqədə hazırlaya biləcəyiniz 3 şirniyyat

Dadlı şirniyyatlar hər kəsin sevimlisidir. Xüsusən də tez və asan hazırlanan şirniyyatlar xanımların köməyinə yetişir. 

Son.az axşam.az-a istinadən cəmi 15 dəqiqədə hazırlaya biləcəyiniz 3 asan şirniyyatın reseptini təqdim edir:

1. Banan və şokoladlı tost

Tərkibi:

4 dilim tost çörəyi

1 x/q kərə yağı

80 qr şokolad

1 ədəd banan

Bəzək üçün:

1 x/q şəkər kirşanı

Hazırlanma qaydası:

Tost çörəklərinin bi tərəfinə kərə yağı çəkin. Kərə yağı daha yaxşı ərisin deyə tost çörəklərini öncədən azacıq isidin. Yağlanmış çörək dilimlərini teflon və qaynar tavada, orta istilikdə üzəri qızılı rəng alana qədər qızardın. Bananı qalın dilimlər şəklində kəsin. Kərə yağında qızardılmış dilimləri bir boşqaba qoyun və üzərinə öncə şokolad parçalarını, daha sonra isə banan dilimlərini yerləşdirin. Digər çörək dilimi ilə üzərini örtün. Şokolad parçalarının tam əriməsi üçün hazır məhsulu tost maşınında basın.

İsti şokolad içkisi

Tərkibi:

1 qaşıq şokolad yağı 

1 stəkan süd