ABŞ Çindən idxal olunan mallara 50 mlrd. dollar rüsum tətbiq edib


Dünya 15 İyn 2018 06:15:24 301 0

ABŞ Çindən idxal olunan mallara 50 mlrd. dollar rüsum tətbiq edib

Rüsumların dəqiq nə vaxt qüvvəyə minəcəyi açıqlanmır

ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara 50 milyard dollar məbləğində rüsum tətbiq etmək qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, Amerika lideri qərardan əvvəl, xüsusilə Ağ ev əməkdaşları, ticarət və maliyyə nazirləri, ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi ofisinin əməkdaşları ilə müşavirə keçirib. Rüsumların dəqiq haçan qüvvəyə minəcəyi açıqlanmır.