Öz eybini görən, başqalarının eybini axtarmaqdan uzaq olar


Digərləri 14 İyn 2018 23:50:00 471 0

Öz eybini görən, başqalarının eybini axtarmaqdan uzaq olar

İmam Əli (ə) buyurur: "Eyb axtarmaq - ən çirkin eyblərdən və ən pis günahlardandır".

İmam Əli (ə) buyurur: "Sənin üçün ən mənfur insan, ən uzaq insan o kəs olmalıdır ki, hamıdan çox insanların eybini axtarar".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Nə zaman görsəniz ki, bəndə başqalarının eyblərini axtarır və öz günahlarını yadından çıxartmışdır - bilin ki,İlahi məkrə giriftar olmuşdur".

Həzrət Peyğəmbər (s) buyurur: "Xoş olsun o kəsin halına ki, öz eybi, mömin qardaşlarının eybini axtarmaqdan saxlayar".

İmam Əli (ə) buyurur: "Ən üstün insan - o kəsdir ki, öz eybləri onu başqalarının eyblərini axtarmaqdan saxlayar".

İmam Əli (ə) buyurur: "O kəs ki, başqalarının eyblərini axtarmaq ardıncadır, gərək özündən başlasın".