Loğmanın (ə) oğlu nə üçün iftarsız qaldı?


Digərləri 14 İyn 2018 23:45:00 229 0

Loğmanın (ə) oğlu nə üçün iftarsız qaldı?

Loğman (ə) oğluna dedi:

- Bu gün yemək yemə və oruc tut və hər nə dilinə gətirmisənsə yaz. Axşam yazdıqlarını mənim üçün oxu. Ondan sonra orucunu aç və yemək ye.

Oğlan axşam hər nə yazmışdırsa, oxudu. Gec oldu və yemək yeyə bilmədi.

İkinci gündə də belə oldu və oğlan heç bir yemək yemədi.

Üçüncü gündə də danışdıqlarını yazdı və axşam oxumağa başladı. Yenə də qurtara bilmədi  və heç bir yemək yeyə bilmədi.

Dördüncü gündə isə oğlan heç bir söz danışmadı.