Samuxda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb


Digərləri 14 İyn 2018 23:23:00 280 0

Samuxda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb

Samux rayonunda 1 yaşlı uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Əhmədbəyli kəndində 1 yaşlı Hüseyn Hüseynovun üzərinə yaşadığı evdə qaynar su tökülüb.

Müxtəlif yanıq xəsarətləri alan uşaq yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.