Açılış matçının ən yaxşı futbolçusu müəyyənləşdi


İdman 14 İyn 2018 23:08:00 260 0

Açılış matçının ən yaxşı futbolçusu müəyyənləşdi

Dünya çempionatının açılış matçının ən yaxşı futbolçusu seçilib.

Goal.az xəbər verir ki, FİFA bu ada Rusiya yığmasının yarımmüdafiəçisi Denis Çerışevi layiq görüb.

Səudiyyə Ərəbistanı ilə qarşılaşmada meydana sonradan daxil olaraq, dubla imza atan Çerışev komandasının böyükhesablı qələbəsinin (5:0) memarı olub.

Rusların orta sahə oyunçusu Aleksandr Qolovin isə 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.