Rusiya gəmiləri döyüşə hazır vəziyyətə gətirilib


Dünya 14 İyn 2018 23:07:00 276 0

Rusiya gəmiləri döyüşə hazır vəziyyətə gətirilib

Rusiyanın Qara dənizi və Krım hərbi dəniz donanmasının  qüvvələri ölkədə futbol üzrə dünya çempionatının keçirilməsi fonunda hərbi hazır vəziyyətə gətirilib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda "Reuters" Rusiyadan olan hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, dünya çempionatı ərzində Ukrayna tərəfindən təxribatın törədiləcəyini gözlənilir. Belə ki, mənbə Kiyevin turnir ərəfəsində Azov dənizi və Qara dənizdə hərbi iştirakını artırdığını iddia edir.