Azərbaycan neftinin 1 bareli 77 dollara satılır


Digərləri 14 İyn 2018 23:08:00 225 0

Azərbaycan neftinin 1 bareli 77 dollara satılır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 13-də 76,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,21 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 13-də 76,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 13-də 73,61 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,14 dollar/barel çoxdur.