Milli Qurtuluş günü ədliyyə orqanlarında qeyd olunub


Digərləri 14 İyn 2018 22:52:13 246 0

Milli Qurtuluş günü ədliyyə orqanlarında qeyd olunub

Milli Qurtuluş Günü Ədliyyə Nazirliyində və onun bütün struktur qurumlarında geniş qeyd olunub, bayram münasibətilə nazirliyin rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bakı. Milli Qurtuluş Günü Ədliyyə Nazirliyində və onun bütün struktur qurumlarında geniş qeyd olunub, bayram münasibətilə nazirliyin rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə ədliyyə naziri Fikrət Məmmədov əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı fədakar xidmətlərindən, Ümummilli Liderin Azərbaycanda müasir ədliyyə sisteminin yaradılmasına və fəaliyyətinə qayğısından bəhs edib, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış böyük nailiyyətləri vurğulayıb. Həmçinin ədliyyə orqanlarına qulluğa qəbul olunmuş bir qrup gənclərlə görüş keçirilib. Gənclər əvvəlcə Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək Ulu Öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil qoyublar.