Cəlilabadda piyadanı maşın vurub


Digərləri 14 İyn 2018 22:46:00 244 0

Cəlilabadda piyadanı maşın vurub

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, rayonun 1963-cü il təvəllüdlü Gülməmmədli kənd sakini Nəzərov Əlizadə Lələxan oğlu minik avtomobili tərəfindən vurulub.

Yaralı dərhal müxtəlif xəsarətlərlə sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.