Maşın təkərləri niyə qara rəngdədir?


Digərləri 14 İyn 2018 22:20:00 314 0

Maşın təkərləri niyə qara rəngdədir?

Maşın təkərlərinin daim qara rəngdə olması tamamilə, boya texnologiyası ilə əlaqəli bir haldır. Başqa bir sözlə desək, təkərlərin rəngini zövqlər deyil, texnologiya təyin edir. Təkərin iki əsas xammalı var. Birincisi kauçukdur. Kauçuk ağacından əldə edilən təbii kauçuk və neftdən əldə edilən süni kauçuk uyğun nisbətlərdə təkər məhluluna qatılırlar. Təkərin içindəki ümumi kauçuk miqdarı 60 - 80% arasındadır. Kauçuk təkərə elastiklik verir və sürtünmə əmsalını yüksəldir. Təbii kauçuk qəhvərəngindədir. Süni kauçuk isə ağ, sarı, qəhvərəngi və ya şəffaf ola bilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, ikinci əsas xammal isə, mazutdur. Mazut qapqara rəngdə və tez bulaşan bir tozdur. Təkərin tərkibində 20 - 40% arasında mazut var. Mazutun əsas vəzifəsi, təkərə aşınma müqaviməti verərək ömürünü uzatmaqdır. Lakin təkərin sürtünmə əmsalını, yəni yer tutma qabiliyyətini azaldır. Məsələn içinə mazut əlavə olunmamış təkər, əyləc edildiyində avtomobili anında dayandırar. Amma, bu formada də ömürü yalnız 10-20 kilometr ola bilər.