İranda qiymətlər ərşə çıxdı, prezident


Dünya 14 İyn 2018 22:23:00 237 0

İranda qiymətlər ərşə çıxdı, prezident

Ruhaninin göstərişi ilə anbarlardakı malların xalqa çatdırılması üçün səlahiyyətli orqanlara tapşırıqlar verilib

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan sonra son günlər ölkədəki yüksək qiymət artımlarının qarşısını almaq məqsədilə prezident Həsən Ruhani təlimat verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Həsən Ruhani dövlət anbarlarındakı malların bir an öncə bazara çıxarılması tapşırıb.

İran prezidentinin müşaviri Mahmud Vaizi məsələ ilə bağlı açıqlama verib. O, bildirib ki, Nazirlər Kabinetinin iclasında ölkədə son zamanlarda baş verən bahalaşma məsələsi müzakirə edilib. .

Prezident Ruhani isə ölkədə iqtisadi sahədəki prosesləri psixoloji müharibə kimi xarakterizə edib. O, bildirib ki, bazarda son günlərdə baş verən dalğalanmaların iqtisadi əsası yoxdur və psixoloji müharibədən qaynaqlanır.