Meşədə narkotik bitkilər yetişdirənlər saxlanılıb FOTO


Digərləri 14 İyn 2018 22:26:00 253 0

Meşədə narkotik bitkilər yetişdirənlər saxlanılıb  FOTO

Ağdaş rayonunda meşə sahəsində narkotik bitkilərin qanunsuz əkilməsi və yetişdirilməsi ilə məşğul olan şəxslər tutulub.

Son.az APA-ya istinadən xəbər verir ki,  Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyunun 8-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhər sakinləri, 1962-ci il təvəllüdlü Atakişiyev Rafael Söyün oğlu və həmyaşıdı Mustafayev Bağdı Qubad oğlu tərəfindən rayonun Qolqəti və Dəhnəxəlil kəndləri arasındakı meşə sahəsindən keçən şirə kanalının kənarında xüsusi aqrotexniki qaydada əkib-becərilən çətənə kolları aşkar edilib.

Polis əməkdaşları əraziyə baxış keçirən zaman oradan uzunluğu 30 sm-dən 1.90 sm-dək, çəkisi 2 kiloqram 865 qram olan 24 ədəd çətənə kolu götürüblər.

Hər iki şəxs əməli barəsində Ağdaş rayon Polis Şöbəsinin təhqiqat bölməsi tərəfindən araşdırma aparılır.


Xəbərə aid fotolar