Azərbaycanda doğulan qızların sayı azalsa da,


Digərləri 14 İyn 2018 22:13:00 235 0

Azərbaycanda doğulan qızların sayı azalsa da,

Son illər ərzində Azərbaycanda doğulan qızların sayı oğlan uşaqlarının sayından az olsa da, ümumilikdə ölkə üzrə cins nisbətində qadınların sayı kişiləri üstələyir.

Son.az Trend-ə istinadən bildirir ki, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməlidir. Lakin hazırda Azərbaycanda yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edərək hər 100 doğulan qıza 113 oğlan düşür.

2015-ci ildə Azərbaycanda bu göstərici 117, 2016 və 2017-ci illərdə 114 olub.