Şərabxor insan, gələcək nəslinə də ziyan vurar


Digərləri 14 İyn 2018 21:50:00 274 0

Şərabxor insan, gələcək nəslinə də ziyan vurar

Şərab - həm insanın özünə mənfi təsirlər qoyar, həm də nəslinə və gələcək nəslinə təsirlər qoyar. Ona görə də dinimiz şərab içən insanlarla ailə qurmağı kəskin şəkildə pisləmişdir.

Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim öz qızını şərab içənə ərə verərsə, ona bənzəyir ki, onu zina və iffətsizlik yoluna sövq etmişdir".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Hər kim qızını şərab içənə verərsə, bu əməllə onun rəhmətini kəsmiş olar".

Alimlər öz tədqiqatları nəticəsində bu qənaətə gəlmişlər ki, şərab insan nütfəsinin bir çox hissələrinə dağıdıcı təsirlər qoyar və gen yaddaşına ziyanlı təsirlər edər. O cümlədən: inkişafında məhdudiyyətlər yaradar, beynində nöqsana səbəb olar, ürəyində nöqsana səbəb olar, görmə qabiliyyətini zəiflədər və sair.

Ən pisi isə odur ki, şərab gələcək nəsillərə də öz təsirini ötürər və onların da inkişafına dağıdıcı təsirlər qoyar.