Azadlıq nədir? – İmam Əlinin (ə) mübarək nəzəri


Digərləri 14 İyn 2018 21:55:00 368 0

Azadlıq nədir? – İmam Əlinin (ə) mübarək nəzəri

Əmirəl-möminin (ə) nəzərinə görə, ədalət və azadlığın olmaması ondan qaynaqlanır ki, idarə edən şəxs bu həssas nöqtələrə diqqət etmir. Ona görə də toplumda həm azadlıq və həm də ədalət ayaqlar altına salınır. Allah insanı azad yaratmışdır və insan istəmir ki, bir başqasının qulu olsun.

Son.az deyerler.org-a istinadən bildirir ki, ona görə də Həzrət Əli (ə) öz qısa idarəetməsi dövründə ədaləti və azadlığı ən üstün tuturdu. Ona görə də o şey ki, insan şəxsiyyətinin ədalət və azadlığına mane olurdu, onu insan dəyərlərinin əleyhinə olan bir amil kimi qiymətləndirirdi.

Bəs azadlıq nədir?

Azadlığın nümunələri çoxdur. Çox sayda insanlar azadlığa tərif vermişdilər və bu təriflər onların baxış bucağında, coğrafişəraitlərindən və elmlərindən asılı olmuşdur.

Quranın nəzərinə görə, böyük Peyğəmbərin (s) məbus olmasının əsil hədəfi - insanları azad etməkdir. Əl və ayaqlarına bağlanmış zəncirlərdən xilas etməkdir.

"O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə - (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir,onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri(cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə ona iman gətirən, ehtiram göstərən, köməkedən və onunla nazil olan nura (onun kitabına) tabe olanlar - həmin nicat tapanlardır!". ("Əraf" 157).

Bəziləri azadlığı ticarətdə axtarır, bəziləri mülkiyyətlərində.

Bəziləri peşə və vəzifədə azadlıq axtarışındadırlar.