Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib FOTO


Digərləri 14 İyn 2018 21:43:00 306 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib  FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bayram münasibətilə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub.

Tədbirdə çıxış edən nazir Muxtar Babayev qeyd edib ki, Azərbaycan xalqı iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. O, əsası H.Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın sabaha böyük inamla irəlilədiyini söyləyib.


Xəbərə aid fotolar