ABŞ dünyanın ən güclü superkompüterini təqdim etdi


Digərləri 14 İyn 2018 21:15:00 242 0

ABŞ dünyanın ən güclü superkompüterini təqdim etdi

ABŞ-ın energetika departamenti dünyanın ən güclü superkompüterini təqdim edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Summit" superkompüterinin ən yüksək məhsuldarlığı 200 petaflopsa (saniyədə 200 kvadrilyon hesablama) çatır.

Bu, Çin sisteminin pik məhsuldarlığından (93 petaflops) iki dəfə çoxdur. Həmçinin ABŞ-ın bundan əvvəlki ən güclü superkompüteri - "Titan"ın məhsuldarlığından təxminən 7 dəfə yüksəkdir.

"Summit" sistemi adi stolüstü kompüterin 30 ilə gördüyü işin öhdəsindən bir saat ərzində gəlmək imkanına malikdir.