Mükafatların verildiyi gün –


Digərləri 14 İyn 2018 21:20:00 69 0

Mükafatların verildiyi gün –

Ramazan (fitr) bayramı İslamda ən böyük iki bayramdan biri. Ramazan ayının sona çatması münasibətilə şəvval ayının 1-də qeyd edilir. Dini mətnlərdə "eyd əl-fitr" (fitr bayramı) kimi də xatırlanır. Ramazan bayramına keçən gecə ayrılmış fitrə pulunu bayram günü səhər öz təyinatı üzrə çatdırmaq məsləhətdir. Ramazan bayramı günü oruc tutmaq haramdır. Həmin gün səhər vaxtı qüsl almaq, ətir səpmək, təmiz və səliqəli libas geyinmək, qohum-qonşuları təbrik etmək, əzizlərin görüşünə getmək savabdır. Bütün bayramlarda olduğu kimi, ramazan bayramı günündə də küsülülərin barışması təkid edilir. Bayram günündə ölülərin məzarını ziyarət edib, ruhlarına rəhməğ diləmək də ənənə şəklini alıb. Ramazan bayramı günü qılınan bayram namazı eynilə Qurban bayramının namazı kimidir. Bayram namazını qılmaq şafii və maliki məzhəblərndə təkid edilən sünnət sayılır. Hənəfi məzhəbinə görə, bayram namazını qılmaq vacibdir (fərzdən daha aşağı səviyyədə). Hənbəli məzhəbinə görə isə, vacibi-kifayidir. Yəni heç kim bu namazı qılmasa, bütün müsəlmanlar günahkar sayılarlar; amma bir nəfər qılsa, başqalarının öhdəsindən bu vəzifə götürülmüş olar. Cəfəri məzhəbi baxımından, peyğəmbərin və imamın zamanında bayram namazını camaatla qılmaq vacibdir. İmamın qeyb dövründə isə qılınması müstəhəbdir; həm camaatla, həm də təklikdə qılına bilər. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: "Şəvval ayının ayparası görünəndə (yəni Fitr bayramı gecəsi) mələklər möminlərə elan edərlər: "Sabah öz mükafat¬larınızı almağa tələsin; sabah mükafat günüdür". İmam Əli ibn Əbu Talib (ə) xəlifə olduğu dövrdə ramazan bayramı günü müsəlmanların qarşısında xütbə söyləyərək buyurmuşdu: "Ey camaat, bu gün yaxşı əməl sahiblərinə savab verilər, pis əməl sahibləri ziyana uğrayarlar. Bu gün qiyamətə çox bənzəyir. Evinizdən çıxıb məscidə toplaşmağınız qiyamətdə qəbirdən çıxıb Rəbbinizin hüzurunda toplaşmağınıza oxşayır. Məsciddə namaza durarkən qiyamətdə Rəbbinizin hüzurunda duracağınızı təsəvvür edin. Məsciddən evinizə dönməniz isə qiyamətin sonunda behiştə və ya cəhənnəmə getmənizi xatırlatsın sizə. Ey Allahın bəndələri! Bilin, oruc tutan kişi və qadınlara veriləcək ən kiçik savab budur ki, Ramazanın sonuncu günündə Allahın əmri ilə mələklərdən biri car çəkib elan edər: "Müjdə olsun sizə, ey Allahın bəndələri! Sizin ötən günahlarınız bağışlandı. Görək gələcəkdə özünüzü necə aparacaqsınız". Ramazan bayramına keçən gecəni ibadət və dua ilə keçirmək müstəhəbdir. Həmin gecə də ehya saxlamağın və çoxlu namaz qılmağın savabı var. Fitr bayramına keçən gecənin axşam namazlarından və bayram gününün namazlarından sonra bu duanı oxumaq böyük savaba malikdir: "Allahü əkbər. Allahü əkbər. La ilahə illəllah. Vallahü əkbər. Vallahü əkbər. Və lillahil-həmd. Əl-həmdü lillahi əla ma hədana. Və ləhüş-şükri əla ma əvlana". Tərcüməsi: "Allah böyükdür. Allah böyükdür. Allahdan başqa məbud yoxdur. Allah böyükdür. Allah böyükdür. Həmd Allaha məxsusdur. Bizi hidayət etdiyinə görə Allaha həmd olsun. Bizi özünə dost etdiyinə görə Ona şükr olsun". Rəvayətlərdə deyilir ki, İmam Zeynül-abidin (ə) ramazan bayramının gecəsi sübhə kimi oyaq qalıb namaz qılar və deyərdi: "Bu gecə heç də Qədr gecəsindən əskik deyil". İmam Əli ibn Əbu Talib (ə) isə həmin gecənin üstünlüyünü belə təsvir edirdi: "Yeri var ki, insan hər il dörd gecə yalnız ibadətlə məşğul olsun: fitr bayramı gecəsi, qurban bayramı gecəsi, şəbanın orta gecəsi və rəcəb ayının birinci gecəsi". Bəzi ölkələrdə ramazan bayramı böyük təntənə ilə bir neçə gün (ən azı 3 gün) qeyd edilir.

İrandan Azərbaycana gətirilən 13 kq narkotik ələ keçirildi  VİDEO like
  • 14 İyn 21:17  
Digərləri İrandan Azərbaycana gətirilən 13 kq narkotik ələ keçirildi VİDEO

İrandan Azərbaycana külli miqdarda narkotik maddə gətirən şəxslər saxla

arrow Ətraflı
Afrikada 148 yaşlı Azərbaycan xalçası aşkarlanıb  VİDEO like
  • 14 İyn 21:16  
Digərləri Afrikada 148 yaşlı Azərbaycan xalçası aşkarlanıb VİDEO

Azərxalça" Açıq Səhmdar Cəmiyyəti dünyanın nüfuzlu muzeylərində

arrow Ətraflı
ABŞ dünyanın ən güclü superkompüterini təqdim etdi like
  • 14 İyn 21:15  
Digərləri ABŞ dünyanın ən güclü superkompüterini təqdim etdi

ABŞ-ın energetika departamenti dünyanın ən güclü superkompüterini təqdi

arrow Ətraflı
Pərviz Şahbazov TANAPla bağlı danışdı  TANAPa like
  • 14 İyn 21:14  
Digərləri Pərviz Şahbazov TANAPla bağlı danışdı TANAPa

TANAP elə bir enerji layihəsidir ki, təkcə onu irəli sürən dövlətlərə

arrow Ətraflı
Ermənistanın bundan başqa yolu yoxdur like
  • 14 İyn 21:13  
Siyasət Ermənistanın bundan başqa yolu yoxdur

"Bu ilin may ayında Ermənistan Respublikasının BMT yanındakı Daimi N

arrow Ətraflı
"Son zəng" çalındı  VİDEO like
  • 14 İyn 21:12  
Digərləri "Son zəng" çalındı VİDEO

Bu gün orta məktəblərdə son zəng çalınıb. 83 min şagird sevincli kəd

arrow Ətraflı
Devalvasiya gözlənilmir  VİDEO like
  • 14 İyn 21:11  
Digərləri Devalvasiya gözlənilmir VİDEO

"Azərbaycanda devalvasiya üçün heç bir fundamental səbəb yoxdur"

arrow Ətraflı
Təqiyyə nədir və hansı hallarda icazəlidir? like
  • 14 İyn 21:10  
Digərləri Təqiyyə nədir və hansı hallarda icazəlidir?

Təqiyyə - ciddi bir təhlükə qarşısında öz əqidəsini gizlətməyə dey

arrow Ətraflı
Azərbaycandan Türkiyəyə iki dəfə daha tez çatmaq mümkün olacaq like
  • 14 İyn 21:04  
Digərləri Azərbaycandan Türkiyəyə iki dəfə daha tez çatmaq mümkün olacaq

Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı körpü" nəzarət

arrow Ətraflı
TANAP Türkiyə və Azərbaycan arasında qardaşlığın rəmzidir  like
  • 14 İyn 21:03  
Digərləri TANAP Türkiyə və Azərbaycan arasında qardaşlığın rəmzidir

Azərbaycan və Türkiyə dünya miqyasında fəal enerji siyasəti aparırlar.

arrow Ətraflı
İnstagramdakı  "möhtəşəm" fotolar belə çəkilir  FOTO like
  • 14 İyn 21:01  
Digərləri İnstagramdakı "möhtəşəm" fotolar belə çəkilir FOTO

İnstagram-da paylaşılan və sonra populyarlaşan fotoların üzərində bir n

arrow Ətraflı
Azərbaycandan Türkiyəyə iki dəfə daha tez çatmaq mümkün olacaq - NECƏ? like
  • 14 İyn 21:00  
Digərləri Azərbaycandan Türkiyəyə iki dəfə daha tez çatmaq mümkün olacaq - NECƏ?

“Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsindən Gürcüstan-T

arrow Ətraflı
DÇ-2018: Rusiya Səudiyyə Ərəbistanına qalib gəldi - 5:0 like
  • 14 İyn 20:59  
Digərləri DÇ-2018: Rusiya Səudiyyə Ərəbistanına qalib gəldi - 5:0

Rusiyada futbol üzrə dünya çempionatında ilk oyun başa çatıb.

arrow Ətraflı