DÇ-2018: Rusiya darmadağınla başladı


İdman 14 İyn 2018 20:55:00 241 0

DÇ-2018: Rusiya darmadağınla başladı

Dünya çempionatının açılış oyununda Rusiya millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.

Goal.az xəbər verir ki, oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. 

12-ci dəqiqədə Yuri Qazinskiy hesabı açıb. 

24-cü dəqiqədə zədələnən Alan Zaqoyev oyunu erkən tərk etməli olub. Onu əvəzləyən Denis Çerişev 43-cü dəqiqədə hesabı 2-0-a çatdırıb.

Əvəzetmədən meydana daxil olan digər futbolçu Artyom Dzyuba da fərqlənib - 3:0. 

Oyuna əlavə olunmuş dəqiqələrdə fərqlənən Çerişev dubla imza atıb - 4:0.

Matçda son nöqtəni 90+4-də Aleksandr Qolovin qoyub 5:0.

A qrupunun Misir - Uruqvay qarşılaşması sabah saat 16:00-da start götürəcək.