Gədəbəydə körpü yarımçıq qaldı VİDEO


Digərləri 14 İyn 2018 20:53:00 301 0

Gədəbəydə körpü yarımçıq qaldı  VİDEO

Gədəbəyin Çalburun kəndinin sakinləri 4 il əvvəl kənddən keçən çayın üzərindən salınan körpüdə işlərin dayandırılmasından narahatdırlar. Artıq bir ildir ki, tikintinin aparılmaması kəndlilərin həyat tərzinə ciddi təsir edir. Kənd camaatının alternativ variant kimi inşa etdikləri körpü isə hər dəfə güclü sel gələndə dağılır.

İllər əvvəl inşasına başlanılan körpü yarımçıq qalıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bura Gədəbəyin Çalburun kəndidir. 4 il əvvəl inşasına başlanılan körpüdə işlər 1 ildir ki, aparılmır. Nəticədə sakinlər kəndi iki hissəyə bölən Qaraçay çayını keçməkdə çətinlik çəkirlər. Xüsusilə yağışlı günlərdə və güclü sel gələndə vəziyyət daha da acınacaqlı olur. Alternativ variant kimi kəndlilərin özlərinin inşa etdikləri körpü də belə məqamlarda uçub dağılır.

Sakinlər deyir ki, vəziyyət elə həddə çatıb ki, xəstələri rayon mərkəzinə aparmaqda çətinliklər çəkirlər. Təcili yardım maşının çağırılan ünvana çatdırılması mümkünsüz olur. Həmçinin məktəblilərin də çayı keçərək dərsə getmələri ciddi təhlükə yaradır.


Xəbərə aid video