Pirallahıda Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib (FOTO)


Digərləri 14 İyn 2018 20:45:20 61 0

Pirallahıda Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib (FOTO)

Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Bakı. Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, Pirallahı RİH-in əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə rəsm və kitablarından ibarət sərgiyə baxıblar. YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan danışaraq, bu gün dünyada yeri və rolu artan Azərbaycanın ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsi olduğunu qeyd edib. V.Rəhimzadə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildiyini və Ulu Öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyünü, bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanın səngidiyini, respublikamızın vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olduğunu söyləyib. V.Rəhimzadə qeyd edib ki, son dərəcə mürəkkəb və qarışıq bir şəraitdə Ulu Öndər qısa müddət ərzində Azərbaycanı vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xarici sərmayəçilər üçün isə əlverişli imkanlar açan, hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirdi: "Fəlakət qarşısında qalan Azərbaycan Ümummilli Liderin əzmi və iradəsi ilə düşdüyü ağır vəziyyətdən qurtardı, qısa müddət ərzində beynəlxalq birliyin tamhüquqlu üzvlərindən birinə çevrildi. Dünya siyasətçiləri arasında öz yeri olan Azərbaycan xalqının Ümummilli Lideri böyük nüfuzu və siyasi iradəsi sayəsində rəhbəri və qurucusu olduğu dövlətə də belə bir nüfuz qazandırmağa nail oldu: “Ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət mənada dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Ulu Öndərin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı”. Natiq bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini, regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırdığını bildirib. Qeyd edib ki, böyük enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycanın dünyada iqtisadi və siyasi mövqeyi möhkəmlənir: "Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol, düşünülmüş və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində iqtisadi cəhətdən qüdrətlənən Azərbaycan bütün sahələrdə böyük inkişafa, tərəqqiyə nail olub. İnkişaf etmiş, zəngin Azərbaycan və vətəndaşlarının firavan həyatının təmin edilməsi 15 İyun-Milli Qurtuluş Günü ilə bağlıdır. Buna görə də Azərbaycan vətəndaşı Heydər Əliyev şəxsiyyətinə hörmətini, ehtiramını hər zaman ifadə edir. Arxada qalan hər gün ölkəmizin həyatında mühüm uğurlarla yadda qalır. Bu, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düzgün siyasətin nəticəsidir. Xalqımız bu siyasətin davamlılığına dəstək olduğunu 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə təsdiqlədi. Bu birlik möhkəm əsaslara söykənir”.
Limfa düyünləri niyə şişir? like
  • 14 İyn 20:45  
Digərləri Limfa düyünləri niyə şişir?

Limfa düyünləri boyunda, qolaltında, boğazda, bədənin bir çox hissələr

arrow Ətraflı
Türkiyədə AKP üzvlərinə hücum olub, like
  • 14 İyn 20:43  
Dünya Türkiyədə AKP üzvlərinə hücum olub,

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahi

arrow Ətraflı
Hamiləlikdə bu qidaları yeyin like
  • 14 İyn 20:40  
Digərləri Hamiləlikdə bu qidaları yeyin

Yumurta sarısı, yağsız qırmızı ət, quş əti, balıq, paxlalar, qoz və

arrow Ətraflı
Gəncə şəhər səhiyyə idarəsinə yeni rəis təyin olunub like
  • 14 İyn 20:37  
Digərləri Gəncə şəhər səhiyyə idarəsinə yeni rəis təyin olunub

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev səhiyyə ictim

arrow Ətraflı
Uşaqlara işgəncə verən tərbiyəçidən xəbər var  VİDEO like
  • 14 İyn 20:37  
Digərləri Uşaqlara işgəncə verən tərbiyəçidən xəbər var VİDEO

Bakıda uşaq zorakılığında təqsirləndirilərək saxlanılan tərbiyəçi

arrow Ətraflı
Tovuzda müəllim "Son zəng" zamanı öldü  VİDEO like
  • 14 İyn 20:36  
Digərləri Tovuzda müəllim "Son zəng" zamanı öldü VİDEO

Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.

arrow Ətraflı
Gəncədə qohumunun üzərinə benzin töküb, yandırdı  VİDEO like
  • 14 İyn 20:34  
Digərləri Gəncədə qohumunun üzərinə benzin töküb, yandırdı VİDEO

Gəncə şəhər sakini qohumunun üzərinə benzin tökərək onu yandırıb.

arrow Ətraflı
İmişlidə BƏDBƏXT HADİSƏ: sürücü öldü  VİDEO like
  • 14 İyn 20:33  
Digərləri İmişlidə BƏDBƏXT HADİSƏ: sürücü öldü VİDEO

İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı
Nazirlik: TANAP Türkiyə və Azərbaycan arasında qardaşlığın rəmzidir (ÖZƏL) like
  • 14 İyn 20:30  
Digərləri Nazirlik: TANAP Türkiyə və Azərbaycan arasında qardaşlığın rəmzidir (ÖZƏL)

Azərbaycan və Türkiyə dünya miqyasında fəal enerji siyasəti aparırlar.

arrow Ətraflı
Mercedesdən dördqapılı AMG GT  FOTO like
  • 14 İyn 20:30  
Digərləri Mercedesdən dördqapılı AMG GT FOTO

Mercedes markası Cenevrə 2018 motor-şousunda dördqapılı idman avtomobili M

arrow Ətraflı
Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib  FOTO like
  • 14 İyn 20:29  
Digərləri Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib FOTO

Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib.

arrow Ətraflı
"Xarici azarkeşlərlə "intim əlaqələrə" girməyin" like
  • 14 İyn 20:25  
Digərləri "Xarici azarkeşlərlə "intim əlaqələrə" girməyin"

Rusiyalı qadınlar qarışıq irqli uşaqların tək anası qalmamaq üçün D

arrow Ətraflı
Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib like
  • 14 İyn 20:24  
Digərləri Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib

Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib

arrow Ətraflı
Bayramdan bir neçə gün sonra pul tapıb fitrə zəkatı verə bilərmi? like
  • 14 İyn 20:20  
Digərləri Bayramdan bir neçə gün sonra pul tapıb fitrə zəkatı verə bilərmi?

Fitr bayramı axşamı pulu olmayan adam bayramdan bir neçə gün sonra pul tap

arrow Ətraflı