Gəncə şəhər səhiyyə idarəsinə yeni rəis təyin olunub


Digərləri 14 İyn 2018 20:37:00 226 0

Gəncə şəhər səhiyyə idarəsinə yeni rəis təyin olunub

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev səhiyyə ictimaiyyətinə yeni rəisi təqdim edib.

Bakı. Gəncə şəhər səhiyyə idarəsinə yeni rəis təyin olunub. Bu barədə məlumatı Trend-ə idarənin mətbuat xidmətindən veriblər. Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev səhiyyə ictimaiyyətinə yeni rəisi təqdim edib. Bu, tibb üzrə fəlsəfə doktoru Bəxtiyar Davud oğlu Haqverdiyevdir. Şəhərin rəhbəri bildirib ki, belə bir məsul vəzifəyə gənc kadrın təyinatı Gəncə səhiyyəsinin inkişafına yeni nəfəs gətirəcəyinə inanır: “Gənc olmasına baxmayaraq, Bəxtiyar Haqverdiyev artıq səhiyyə sahəsində təcrübəyə malik, enerjili, müasir təfəkkürlü bir həkimdir. Mən ümidvaram ki, onun bu təyinatı günü gündən inkişaf edən Gəncənin səhiyyə sahəsinin də müasirləşməsinə, yenilənməsinə yardımçı olacaq”. Sonra yeni təyin olunan səhiyyə idarəsinin rəisi Bəxtiyar Haqverdiyev ona göstərilən etimada görə həm səhiyyə naziri Oqtay Şirəliyevə, həm də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə dərin minnətdarlığını bildirib. B.Haqverdiyev qeyd edib ki, fəaliyyəti dövründə Gəncə səhiyyəsinin daha da inkişaf etdirilməsinə, beynəlxalq müasir tibbi biliklərin və yeni texnologiyaların tətbiqinə, o cümlədən də əhaliyə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün bilik və bacarığıni ortaya qoyacaq, ona göstərilən yüksək etimadı doğrultmağa calışacaq.