Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib


Digərləri 14 İyn 2018 20:24:00 269 0

Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib

Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib

Bakı. Gənc Tamaşaçılar Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edib. Tetrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməkdar artist Şövqi Hüseynov “Vidlunya” Beynəlxalq Monodram Festivalının təşkilat komitəsinin dəvəti ilə iyun ayının 5-dən 16-dək Ukraynanın Xmelnitski və Çerniqov şəhərlərində keçirilən “Vidlunya” adlı XX Beynəlxalq Monodram Teatr Festivalında P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. Ukraynanın “Kut Mono” teatrında keçirilən festivalda azərbaycanlı aktyor festivalın “Ən yaxşı səhnə həlli və aktyor oyunu” nominasıyasında diploma layiq görülüb.