Bakıda məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək


Digərləri 14 İyn 2018 20:19:00 241 0

Bakıda məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə məcburi köçkünlər üçün əmək yarmarkası keçirəcək.

Son.az Trend-ə istinadən bildirir ki, yarmarka 22 iyunda Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəki məktəbin binasında təşkil ediləcək.