Dövlət Baytarlıq Nəzarəti Xidmətində Milli Qurtuluş Gününə və Ramazan bayramına həsr edilmiş tədbir keçirilib (FOTO)


Digərləri 14 İyn 2018 20:16:00 256 0

Dövlət Baytarlıq Nəzarəti Xidmətində Milli Qurtuluş Gününə və Ramazan bayramına həsr edilmiş tədbir keçirilib (FOTO)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) Dövlət Xidmətinin və onun tabeliyində olan Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası əməkdaşlarının iştirakı ilə 15 İyun - Milli Qurtuluş Gününə və Ramazan bayramına həsr olunmuş tədbir keçirilib.

Bakı. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) Dövlət Xidmətinin və onun tabeliyində olan Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası əməkdaşlarının iştirakı ilə 15 İyun - Milli Qurtuluş Gününə və Ramazan bayramına həsr olunmuş tədbir keçirilib. DBNX-dən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bayandur Rzayev 1993-cü il iyunun 15-nin Azərbaycan tarixində ən əlamətdar günlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, həmin gün ikinci dəfə hakimiyyətə qayıdan xalqımızın dahi rəhbəri Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi sabitliyi təmin edilib. B.Rzayev, həmçinin vurğulayıb ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qabaqcıl dünya dövlətləri sırasında öz yerini möhkəmləndirir.