Beşyaşlıların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb ediləcək


Digərləri 14 İyn 2018 19:43:08 327 0

Beşyaşlıların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb ediləcək

Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlıların 75 faizini təşkil edəcək.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2017-2018-ci tədris ili ilə bağlı hesabatında bildirilib.

2017-2018-ci tədris ilində məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ümumilikdə, beşyaşlıların 65 faizi həddinə çatdırılıb.