Məhəmməd Salahın və Misirin üzü gülür
İdman 14 İyn 2018 19:18:00 336 0
Liverpool və Misir millisinin futbolçusu Məhəmməd dünya çempionatında iyunun 15-də keçiriləcək Uruqvayla matçda iştirak etməyə hazırdır. Goal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi artıq yığma komanda ilə ümumi məşqlərdə də iştirak edir. Salah Çempionlar Liqasının finalında Real Madrid-ə 1:3 hesabı ilə uduzduqları matçda çiynindən zədələnmişdi. Misir - Uruqvay matçı sabah Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
Mənbə: goal.az