Paytaxtda təmir olunacaq məktəblərin SİYAHISI açıqlandı


Digərləri 14 İyn 2018 18:26:00 283 0

Paytaxtda təmir olunacaq məktəblərin SİYAHISI açıqlandı

2018-2019-cu tədris ili üçün Bakı şəhəri və qəsəbələrindəki bir sıra ümumi təhsil müəssisələrinin əsaslı təmir və bərpası nəzərdə tutulur.

Bakı. İlhamə İsabalayeva - 2018-2019-cu tədris ili üçün Bakı şəhəri və qəsəbələrindəki bir sıra ümumi təhsil müəssisələrinin əsaslı təmir və bərpası nəzərdə tutulur. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonu üzrə 179 və 300, Qaradağ rayonu üzrə 223, Sabunçu rayonu üzrə 78, 187, 192, 198 və 295 nömrəli tam orta məktəblər, Nərimanov rayonu Humanitar Fənlər Gimnaziyası və Suraxanı rayonu Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpası nəzərdə tutulur.