276 nömrəli tam orta məktəbdə "Son zəng" keçirilib (FOTO)


Digərləri 14 İyn 2018 18:13:00 553 0

276 nömrəli tam orta məktəbdə "Son zəng" keçirilib (FOTO)

2017-2018-cı tədris ilinin başa çatması münasibətilə 276 nömrəli tam orta məktəbdə "Son zəng" keçirilib.

Bakı. 2017-2018-cı tədris ilinin başa çatması münasibətilə 276 nömrəli tam orta məktəbdə "Son zəng" keçirilib. Trend-in məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayonu 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Ləman Əliyeva, Binəqədi Rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı və məktəbin şagird heyəti, müəllim kollektivi, həmçinin valideynlər iştirak ediblər. Məzunların buraxılış tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məzunları təbrik edən məktəbin direktoru əməkdar müəllim Bəhram Şiriyev gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə edib. Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov məzunları təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzulayıb.