Yol polisindən bayram AÇIQLAMASI


Digərləri 14 İyn 2018 17:57:00 267 0

Yol polisindən bayram AÇIQLAMASI

Sabah Ramazan bayramı ilə əlaqədar qılınan bayram namazı zamanı məscidlərin ətrafındakı yollarda avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, sürücülər məscidlərin ətrafındakı yollarda parklanma, dayanma-durma qaydalarına ciddi riayət etməlidirlər.

O qeyd edib ki, Ramazan bayramı günlərində yol polisi gücləndirilmiş iş rejimi ilə xidmət edəcək. Xüsuilə bayram tədbirlərinin keçirildiyi ərazi və onlara bitişik küçə və yollar nəzarətə götürülməklə xidmət aparılacaq:

"Yollarda təhlükəsizliyin, hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat çatmasının təmin edilməsi məqsədilə uzaq yol istiqamətində, o cümlədən bölgələr istiqamətində gedən sürücülərə müraciət edirik ki, səfərə çıxarkən mütləq soyuducu sistemi və texniki cəhətdən saz olan avtomobillərlə hərəkət etsinlər və yol boyu özlərinin və sərnişinlərinin təhlükəsizlik kəmərlərindən istifadə etməsini təmin etsinlər".