Ölkədə 1726 müəllim iş yerini dəyişir - Təhsil Nazirliyi icazə verdi (FOTO)


Digərləri 14 İyn 2018 17:51:00 292 0

Ölkədə 1726 müəllim iş yerini dəyişir - Təhsil Nazirliyi icazə verdi (FOTO)

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başa çatıb.

Bakı. İlhamə İsabalayeva - Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başa çatıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, 4-11 iyun tarixlərində keçirilən elektron sənəd qəbulu prosesi bitdikdən sonra müraciətlər araşdırılıb, 5865 namizədin ərizəsi qəbul edilib. Yerləşdirmə zamanı namizədlərin diaqnostik qiymətləndirilmə və müəllimlərin işə qəbulu üzrə imtahan nəticələri əsas tutulmaqla yanaşı, iş yerini dəyişdirmək üçün qeyd etdikləri səbəblər və sosial amillər nəzərə alınıb.