Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı
Digərləri 14 İyn 2018 17:41:00 261 0
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı 20 iyun saat 10:00-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Son.az-a verilən məlumata görə, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 20 iyun saat 10:00-dək uzadılıb.
Abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.
Mənbə: milli.az