2018-ci ilin II yarımilliyi üzrə prioritet icra intizamı planı təsdiq edilib


Digərləri 14 İyn 2018 17:35:00 232 0

2018-ci ilin II yarımilliyi üzrə prioritet icra intizamı planı təsdiq edilib

2018-ci ilin II yarımilliyi üzrə prioritet icra intizamı planı təsdiq edilib

Bakı. Azərbaycan Prezidentinin fərman, sərəncam və digər tapşırıqları ilə İqtisadiyyat Nazirliyinə verilmiş bütün göstərişlərin tam, vaxtında, səmərəli və şərtsiz yerinə yetirilməsi məqsədilə nazirlik tərəfindən mütəmadi olaraq zəruri hüquqi-metodiki işlər və inzibati-təşkilati tədbirlər həyata keçirilir, tapşırıqların qüsursuz və yüksək səviyyədə icra edilməsi daim nəzarətdə saxlanılır. Trend-in məlumatına görə, bu tədbirlərin davamı olaraq, İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olan və ölkə üçün mühüm əhəmiyyət kəsb edən prioritet məsələlərin, xüsusilə dövlət başçısının fərman və sərəncamları ilə nəzərdə tutulmuş tapşırıqların icrasına sistemli yanaşmanın tətbiqi üçün görüləcək işlərin mütəmadi planlaşdırılması və icrasının daha da sürətləndirilməsi məqsədilə iqtisadiyyat nazirinin müvafiq əmri ilə İqtisadiyyat Nazirliyinin 2018-ci ilin II yarımilliyi üzrə prioritet icra intizamı planı təsdiq edilib.