"Son zəng" necə keçdi?


Digərləri 14 İyn 2018 17:25:00 365 0

"Son zəng" necə keçdi?

Paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün "Son zəng" tədbiri məktəblərin daxilində keçirilib və müvafiq müddət ərzində başa çatıb.

Son.az bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, tədbirlərdə idarə müdiri Məhəbbət Vəliyeva, struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri, eləcə də sabiq məzunlar iştirak ediblər.

Tədbirlərdə məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.

Məktəb həyatı ilə vidalaşan məzunlar birincilərə hədiyyələr təqdim ediblər.


Xəbərə aid fotolar